DÜNYA


Suriyanın dövlət televiziyası: 13 raket vurulub, 3 nəfər yaralanıb

ABŞ və müttəfiqləri bu gecə ərzində Suriya ərazisinə 120 zərbə endiriblər. Bu barədə Pentaqon məlumat yayıb. Suriyanın dövlət televiziyası 13 raketin havadan müdafiə sistemləri vasitəsilə vurulduğunu deyib. Müttəfiqlərin raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Dəməşqdə insanlar küçələrə çıxaraq hərbi aktlara etirazlarını bildiriblər.