SİYASƏT


ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul edilib. Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.