CƏMİYYƏT


Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Layihəyə uyğun olaraq yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb.