CƏMİYYƏT


İstanbulda keçirilən Qlobal Sahibkarlıq Konqresində Azərbaycanda sahibkarlığın inkişafından danışılıb

Konqresin nazirlər toplantısında çıxış edən nazir müavini Sahib Məmmədov Azərbaycanın sosial-iqtisadi həyatında mühüm sahələrdən biri olan sahibkarlığın inkişaf istiqamətləri barədə geniş məlumata verib. Azərbaycanda sahibkarlığın inkişafı üçün mükəmməl qanunvericilik bazasının yarandığını diqqətə çatdıran nazir müavini bildirib ki, ölkəmizdə startapçıların dəstəklənməsi, sahibkarlıq ekosisteminin inkişafı, ideyanın biznesə çevrilməsi sahəsində geniş dövlət tədbirləri həyata keçirilir.