CƏMİYYƏT


Neftçalanın 19 kəndini əhatə edən yol yenidən qurulur

Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib. Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir.