RƏSMİ


Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.