Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xalqının şərəf səlnaməsidir
18.04.2018 [18:17]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə FHN-in Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, institut rəhbərləri, alimlər iştirak ediblər.