RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı qəbul edib. AZƏRTAC xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.