Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub

20.04.2018 [20:28]

Xəbərin mətni
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına gəldi. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verdi.

Bölmənin digər videoları