Müdafiə Nazirliyi: Düşmənin təxribatına qarşı müvafiq tədbirlər görüləcək
23.04.2018 [12:17]
Xəbərin mətni
Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvəsinin və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər: “Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır.