CƏMİYYƏT


“İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib

Aprelin 23-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.