Türkiyədə baş verən zəlzələdə xəsarət alanlar var
24.04.2018 [11:43]
Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla gecə saat 03.34-də baş verən yeraltı təkan əhalini vahiməyə salıb. Bəzi tikililərə xəsarət dəyib, 13 nəfər yaralanıb.