SİYASƏT


Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli, şəffaf şəraitdə keçib

Azərbaycanda keçirilmiş prezident seçkiləri tam siyasi rəqabət mühitində, əsas hüquq və azadlıqların təmin edildiyi şəraitdə keçirilib. Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli, şəffaf şəraitdə keçib. Beynəlxalq və yerli təşkilatların həyata seçkiqabağı sorğuların, eləcə də “exit-poll”ların yekunları seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, bir daha seçkilərin seçicilərimizin iradəsini tam əks etdirdiyini göstərdi. AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.