CƏMİYYƏT


Qusarın köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur

Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Yolun çiyin hissələri 42 min kvadratmetr sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.