Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimali və Cənubi Koreya bir-birinə qarşı düşmənçiliyi dayandırır

27.04.2018 [15:36]

Xəbərin mətni
Koreya Respublikasının Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In hər iki ölkənin ümumi məqsədinin Koreya yarımadasının nüvəsizləşdirilməsi olduğunu deyiblər. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə sammitin yekunlarına əsasən aprelin 27-də yayımlanan müştərək bəyannamədə bildirilir. “Cənub və Şimal yarımadanın nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparmaq barədə razılığa gəlib”, - deyə sənəddə vurğulanır.