SİYASƏT
Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib
27.04.2018 [19:02]
Xəbərin mətni
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub.