Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29.04.2018 [15:00]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI