Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb
29.04.2018 [20:46]
Xəbərin mətni
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.