SİYASƏT


Azərbaycanın milli musiqisi və rəqsləri Vaşinqtonun məşhur tarixi məkanlarında təqdim olunub

Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritmləri (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorialının, Vaşinqton Abidəsinin, Linkoln Memorialının və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdiriblər.