Kabildə partlayışlar zamanı ölənlər arasında 7 jurnalist və operator da var
30.04.2018 [17:27]
Son məlumata əsasən, Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb. Daha 40-dan çox insanın yaralandığı bildirilir.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlər və yaralananlar arasında jurnalistlər və operatorlar da var.