CƏMİYYƏT


Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara güzəştli kredit verilib

Mayın 3-də Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və digər sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq.