ABŞ-da təyyarənin qəza anı videoya düşüb
03.05.2018 [13:27]
ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 9 nəfərin hamısı ölüb. Puerto-Riko Milli Qvardiyasının 156-cı aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb.