CƏMİYYƏT


Meşə yanğınlarında səbəbkar kimi insan faktoru əsas rol oynayır

Mayın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanda ekoturizm və meşə yanğınlarına həsr olunmuş tədbir keçirilir. AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tədbiri açaraq bildirib ki, hər cümə günü müxtəlif mövzulara həsr olunmuş mətbuat konfransı keçiriləcək. Bundan əlavə, media nümayəndələrinin "Təbiət evimizdir" devizi altında milli parklara turları təşkil ediləcək.