CƏMİYYƏT


Kənd təsərrüfatı naziri Qax Damazlıq İpəkçilik Stansiyasında görülən işlərlə tanış olub

Mayın 4-də kənd təsərrüfatı naziri İnam Kərimov Qax Damazlıq İpəkçilik Stansiyasında görülən işlərlə tanış olub. Nazir, həmçinin stansiyada inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunan ipəkqurdlarının dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması prosesi ilə maraqlanıb, bu rayonların barama istehsalçıları və təsərrüfat rəhbərləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib.