CƏMİYYƏT


"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Beynəlxalq Assosiasiyası çərçivəsində müqavilə imzalanıb

Müqaviləni Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan tərəfi imzalayıb. Müqavilə "Qazaxıstan Dəmir Yolları" SC, "Azərbaycan Dəmir Yolları" QSC, "Gürcüstan Dəmir Yolları" şirkəti, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Batumi Dəniz Limanı, Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolları arasında imzalanıb.