Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Qələbə paradı keçirilib

09.05.2018 [12:01]

Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə parad keçirilib. Paradda 13 min hərbçi, 159 zirehli texnika, 75 təyyarə və helikopter iştirak edib. Rusiya prezidenti Vladimir Putin, dövlət və hökumət rəsmiləri, həmçinin qonaqlar paradı izləyiblər.