DÜNYA


İsrail hərbçiləri 52 fələstinli öldürüb, yaralananların sayı 1600-ü ötüb

Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmalarda qətlə yetirilən fələstinlilərin sayı 52 nəfərə çatıb, 1600-dən çox insan yaralanıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün səhər başlayan və sabah da davam edəcək etiraz aksiyaları İsrail tərəfinin sərt müdaxiləsi ilə qarşılanıb. Ordu nümayişçilərə odlu silahdan atəş açır. Yaralananlar arasında 9 müxbirin də olduğu bildirilir.