SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi Tehranda qeyd olunub

Azərbaycanın İrandakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian, İran İslam Şurası Məclisinin üzvləri, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, ziyalılar, ictimaiyyətin və Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.