CƏMİYYƏT


Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu yenidən qurulur

Layihə çərçivəsində Əliabad-Muğanlı- Faldarlı-Qandax- Yengiyan-Əliabad avtomobil yolunun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır. Bundan başqa yol boyu çiyin hissələrin xüsusi qruntla bərkidilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası və kənarlarına səki daşlarının düzülməsi işləri də aparılır.