SİYASƏT


Azərbaycan nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının ilk Qadın Forumunda iştirak edir

Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumun açılış mərasimində çıxış edən Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin müxtəlif ölkələrin qadınları üçün yeni əməkdaşlıq platformaları yaratdığını söyləyib, bununla da ümumi problemlərin həllində qadınların oynaya biləcəyi böyük roldan danışıblar.