SİYASƏT


Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.