SİYASƏT


Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.