SİYASƏT


ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb

Mayın 18-də ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.