Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 97 dəfə pozub
21.05.2018 [10:15]
Xəbərin mətni
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.