RƏSMİ


Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.