Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir

21.05.2018 [16:19]

Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, konfransı açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər Azərbaycanda yoxsulluğun ləğvi sahəsində həyata keçirilən tədbirlər və əmək bazarındakı mövcud vəziyyət barədə məlumat verib. Nazir qeyd edib ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib, müxtəlif xarici şirkətlər tərəfindən əmək bazarına 230 milyarddan artıq vəsait qoyulub.