Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib

21.05.2018 [16:46]

Xəbərin mətni
Paytaxtın Yasamal rayonu ərazisindəki Şəfayət Mehdiyev küçəsinin bir hissəsinin təmiri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başa çatdırılıb. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 metr, eni isə 10-27 metrdir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.