İmişlidə qabarma və çökmə yaranan yol yenidən qurulur
22.05.2018 [14:55]
Xəbərin mətni
İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 14 km olan İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub.