Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin komitə iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

22.05.2018 [17:40]

Xəbərin mətni
Mayın 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir.