SİYASƏT


Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Məclisdə olub

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Azərbaycan Respublikası Milli Məclisində olub. AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalında olub. Burada qonağa Ümummilli Liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və beynəlxalq əlaqələrinin qurulmasında Ulu Öndərin xidmətləri barədə məlumat verilib. Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.