CƏMİYYƏT


Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Mayın 24-də Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında danışıb. Komitə sədri vurğulayıb ki, Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib.