Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirləri davam etdirir

26.05.2018 [13:10]

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir. Tədbirlərdə Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumatlar verilib və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI