Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə mühüm yer tutur

26.05.2018 [14:50]

Xəbərin mətni
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan bəhs edən videoçarx nümayiş olunub.