Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavənd qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fləşmob

26.05.2018 [15:16]

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fləşmob keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məktəblilərin iştirakı ilə keçirilən fləşmobda iştirakçılar Azərbaycanın üçrəngli bayrağı ilə gələrək, “Cümhuriyyət – 100” təsvirini yaradıblar.