Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti - 102 il

28.05.2020 [10:00]

1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunması xəbərini dünyaya yaydılar. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərq aləmində ilk dəfə olaraq respublika qurdu.