SİYASƏT


DSX-dan süvari və gəmi yürüşü

Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub. Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.