SİYASƏT


Ermənistan silahlı qüvvələrinin bölmələri Füzulidə taxıl sahəsində kombaynı atıcı silahlardan atəşə tutub

Müdafiə Nazirliyi bildirir ki, mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub. Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.