SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Pekində qeyd olunub

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü dövründə böyük nailiyyətlərə imza atdığını, siyasi, iqtisadi sahələrdə islahatlar həyata keçirdiyini, bir çox ölkələrdən də əvvəl qadınlara seçki hüququnu təmin etdiyini deyib.