Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçikada silahlı hücum zamanı üç nəfər həlak olub

29.05.2018 [14:50]

Xəbərin mətni
Belçikanın Lej şəhərinin mərkəzində yerli vaxtla saat 10:30-da naməlum şəxs sənəd yoxlanışı zamanı polis əməkdaşlarına atəş açıb. Hücum nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. Həlak olanların ikisi polis əməkdaşı, biri isə yoldan keçən şəxsdir. Bir qadını girov götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən cinayətkar polis tərəfindən güllələnib. Polis əsas versiyalardan biri kimi hadisənin terror aktı ilə əlaqəsini araşdırır.