Zaqatalada barama tədarükünə başlanılıb
29.05.2018 [17:20]
Xəbərin mətni
Zaqatala barama toxumu zavodunun qəbul məntəqəsinə cari mövsümün ilk məhsulunu Mamrux kənd sakini Ramiz Sulxayev təhvil verib. Kümçünün məntəqəyə gətirdiyi barama bu il şəxsən özünün ilk dəfə təcrübə məqsədilə yetişdirdiyi 2 qram ipəkqurdu toxumunun bəslənilməsindən alınan məhsuldur.